Əfqanıstanda yerli vaxtla saat 05.32 radələrində 5 maqnitudalı daha bir zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə üzrə Komitəsi məlumat yayıb.

Zəlzələnin ocağı Düşənbədən 290 km cənub-şərqdə Əfqanıstan ərazisində olub. Zəlzələ Tacikistanın Xaruğ şəhərində 4 bal, Düşənbədə 3 bal gücündə hiss edilib.