ABŞ-ın ən məşhur onkoloqlarından biri olan Krystal Kasketta dəbdəbəli fərdi evində körpəsini silahla vuraraq intihar edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Mount Sinay" xəstəxanasının həkimi olan Kaskettanın ölümü hər kəsi təəccübləndirib.  

Xəbərdarlıq üzərinə evə gedən polis qrupları qadının və körpəsinin cansız meyitini aşkar edib. Polislərin ilkin ifadəsində bunun "qətl və ya intihar" olduğu bildirilib. 

Hadisə ilə bağlı araşdırma başladılıb.

Seymur Əli