Gürcüstanda dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olanların xatirəsinə bu gün matəm elan edilib.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili sərəncam verib. 

Matəm günü ilə əlaqədar bütün Gürcüstanda dövlət bayraqları yarıya endirilib.

Qeyd edək ki, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 18 nəfər ölüb.. Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər. Onlar itkin düşən 18 vətəndaşı, o cümlədən yeddi uşaq axtarırlar.

Nuranə Abbasova