Məzuniyyətdə olan Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən “Avaza” milli turizm zonasına yollanıb. 

“Unikal” xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Məlumata görə, Berdiməhəmmədov Aşqabad beynəlxalq hava limanına gəlib və oradan Balkan vilayətində (bölgəsində) yerləşən Türkmənbaşıya uçub.

İyulda Türkmənistan prezidenti hökumətə avqustun 1-dən sentyabrın 1-dək məzuniyyətə getməyə icazə verib. O, əvvəlki illərdə olduğu kimi, hökumət üzvlərinə məzuniyyətlərini “Avaza”, “Arçman”, “Yılısuv” kurort zonalarında və digər sanatoriyalarda keçirilməsini tövsiyə edib. 

Nuranə Abbasova