Tehranın cənubunda binanın uçması nəticəsində azı 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

“Unikal” İRNA-ya istinadən xəbər verir ki, 12 nəfər dağıntılar altından xilas edilib. 

Üç mərtəbəli binanın çökməsi qaz sızması nəticəsində baş verən partlayış nəticəsində baş verib. Hadisə nəticəsində bir neçə qonşu tikili də dağılıb.

*** 11:45

Tehranda yaşayış binasında güclü partlayış baş verib.

“Unikal” “Tasnim”ə istinadən xəbər verir ki, dağıntılar nəticəsində 16 nəfər yaralanıb. Onlardan 3-nünü vəziyyəti ağırdır. Partlayış üçmərtəbəli yaşayış binasında baş verib.

Ətrafdakı binalara və mağazaya ziyan dəyib. 

Nuranə Abbasova