Müğənni Beyons Vaşinqton metrosunun iş qrafikini bir saat uzatmaq üçün 100 min dollar ödəyib.
“Unikal” xəbər verir ki, bu barədə ABC7 yazıb.
Müğənninin Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Konsertinə gələn tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq metronun iş saatını ödəyib.
Qeyd edək ki, Beyons hazırda “Renaissance” adlı dünya turuna çıxıb. Bu, amerikalı müğənninin oktyabrın 1-dək davam edəcək 9-cu konsert turudur.
Nuranə Abbasova