"Drujba" neft kəmərinin qərb hissəsinin xətlərindən biri zədələnib. Hadisə yerinə dövlət yanğından mühafizə xidməti və könüllü yanğınsöndürmə briqadası işə cəlb olunub. 

"Unikal" xəbər verir ki, bu  barədə Polşa boru kəməri operatoru PERN məlumat yayıb. 

"Drujba" neft kəmərinin Almaniya istiqamətindəki iki xəttindən biri Polşada bir hissədə sızma səbəbindən ayrılıb. Kəmərin ikinci qolu isə dəyişməz işləyir.

"PERN xidmətləri Chodecz kommunasında "Drujba" kəmərinin qərb hissəsinin xətlərindən birinin zədələnmiş hissəsinə çatıb. Bu, dəniz tədarüklərindən qərbə xam neft nəql edən magistraldır. Hazırda kəmərdə təmir işləri aparılır. ”, - operatorun açıqlamasında bildirilir.