Fransa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Niger, Burkina-Faso və Maliyə səfərlərdən çəkinməyi tövsiyə edib.
“Unikal” TASS-a isitnadən xəbər verir ki, bu barədə XİN-in saytında məlumat dərc olunub.
"Nigerə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. Biz Fransa vətəndaşlarını son dərəcə ayıq olmağa çağırırıq: səyahətləri məhdudlaşdırmaq, hər hansı toplantılardan çəkinmək və vəziyyəti mütəmadi olaraq izləmək lazımdır", - məlumatda deyilir.
Oxşar tövsiyələr Burkina-Faso və Maliyə də aid edilib.
Nuranə Abbasova