İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yaponiyaya rəsmi səfərə gedib.
“Unikal” “Tasnim”ə istinadən xəbər verir ki, səfər zamanı regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparılacaq.
O, Yaponiyanın baş naziri Fumio Kisida, xarici işlər naziri Yosimasa Hayasi və səhiyyə naziri Katsunobu Kato ilə görüşərək Tehran-Tokio münasibətləri, regional problemlər və beynəlxalq hadisələri müzakirə edəcək.
Nuranə Abbasova