ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində kiçik qayıqla itən gənc təxminən 35 saatdan sonra sahil mühafizəsi tərəfindən xilas edilib.

"Unikal" xəbər verir  ki,  25 yaşlı Çarlz Qriqori adlı gəncin cümə günü səhər kiçik qayığı ilə Atlantik okeanına doğru üzdüyü və axşam geri dönməyəndə itkin düşdüyü bildirilib. 

Sahil mühafizəsi Florida sahillərində Atlantik okeanında hava və dəniz axtarışı zamanı Çarlz Qriqorini qayıqda sağ tapıb.Rəsmilər Qriqorinin uzun müddət suda olmasına baxmayaraq heç bir müalicəyə ehtiyacı olmadığını vurğulayıb. Gəncin dənizdə aşkarlanaraq xilas edilməsi anları sahil mühafizəsinin kamerasına əks olunub.