Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.