Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayeva "Unikal"a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Qazax rayon sakini Səlim Əmirxanov olduğu müəyyən edilib. 

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.