Ekvadorun paytaxtı Kiotoda prezidentliyə namizəd Fernando Villavicencio seçki mitinqindən sonra öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  naməlum şəxslər Fernandoya atəş açıblar. Nəticədə o, başından üç güllə yarası alaraq həyatını itirib.  

Siyasətçinin ölümünü ölkə prezidenti Gilermo Lasso təsdiqləyib.

İnsident nəticəsində daha 8 nəfər yaralanıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib. Polislər hücumda şübhəli bilinən şəxsin də öldüyünü açıqlayıb.  

Son sorğulara görə, Villavicencio prezidentlik uğrunda mübarizədə qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib.

Ekvadorda seçkilər avqustun 20-də keçiriləcək. 

Gülayə  Mecid