Ulduz futbolçu Leonardo Bonuççi formasını geyindiyi İtaliyanın “Yuventus” klubu ilə vidalaşıb.
"Unikal" xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi bununla bağlı paylaşım edib.
Məşqçilər korpusu ilə yola getmədiyi üçün transferə çıxarılan İtaliya millisinin üzvü vida mesajında “qoca sinyora”nın azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, 2010-2017-ci və 2018-2023-cü illərdə “Yuventus”un formasını geyinən Leonardo Bonuççi 502 oyunda 37 qol vurub.