Legioner futbolçu Ukrayna pilotsuz uçan aparatlarının "Moskva Siti"yə hücumu səbəbindən Rusiyada qaçıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Moskva klubunda icarə əsasında çıxış edən “Rostov”un yarımmüdafiəçisi Matias Normanndan gedir.
“Norman müqavilənin ləğvi ilə bağlı “Rostov” və “Dinamo” klublarına bəyanat göndərib. O, Moskva şəhərində dronlarla bağlı vəziyyətlə əlaqədar ölkəni tərk edib. Biz onun mövqeyi ilə razı deyilik, arbitraj məhkəməsinə müraciət edəcəyik. Biz maraqlarımızı müdafiə edəcəyik...", - deyə “Dinamo”nun baş direktoru Pavlo Pivovarov bildirib.
Gülayə Mecid