Futbolçu Kilian Mbappe Paris Sen-Jermen klubunda qalmağa qərar verib.
“Unikal” “Le Parisien”ə istinadən xəbər verir ki, hücumçu bu yay komandada qalmaq və heç yerə getməmək qərarına gəlib. Mbappe artıq klub prezidenti Nasser Əl-Xəlaifi ilə görüş keçirib.
Qeyd edək ki, Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirirdi.
Nuranə Abbasova