Ukrayna Ali Hərbi Komandanlığı ABŞ-ın Ali Hərbi Komandanlığı ilə danışıqlar aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.

Ukrayna tərəfdən danışıqlarda Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Vostok” qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski, Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk, müdafiə naziri Aleksey Reznikov, Milli Qvardiyanın komandanı Aleksandr Pivnenko, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov və sərhəd xidmətinin rəhbəri Sergey Deyneko iştirak edib.

Amerika tərəfdən ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təmsil olunub.

Valeri Zalujnı və komandirlər “Amerika tərəfini cəbhədəki mövcud vəziyyət haqqında məlumatlanıb, Ukrayna qoşunlarının mühüm sektorlarda hücum hərəkətlərinə xüsusi diqqət yetiriblər.

“Tərəfdaşlarla söhbət zamanı biz Müdafiə Qüvvələrinin əsas ehtiyaclarına, eləcə də Ukrayna şəhərlərinin və infrastrukturunun Rusiyanın hava hücumlarından qorunmasının gücləndirilməsi zərurətinə diqqət yetirdik”, - Yermak əlavə edib.