İranın şimalındakı Şimali Xorasan əyalətində poladəritmə zavodunda partlayış baş verib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Sənaye kompleksinin baş direktorunun sözlərinə görə, altı nəfərin xəsarəti yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır.

Daha iki nəfər xəstəxanaya yerləşdirilib, zərərçəkənlərdən biri ağır yaralanıb.