Gülə-gülə çəkdirdiyi yemək videoları ilə məşhurlaşan və CZN Burak kimi tanınan Burak Özdemirin son halı pərəstişkarlarını təəccübləndirib.  

"Unikal" xəbər verir ki, atası tərəfindən aldadıldığını bildirərək məhkəməyə müraciət edən Burakın xeyli çəki atması diqqət çəkib. 

Vaxtının çox hissəsini işinə həsr edən fenomen 51,4 milyon izləyicisi olan "Instagqram"da fotosunu paylaşıb.  Burakın günü-gündən sürətlə arıqlaması pərəstişkarlarını da narahat edib.