Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında 5,8 bal gücündə güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb .

Rixter cədvəli üzrə 5,8 bal gücündə olan təbii fəlakətin episentri Honço şəhərindən 112 km aralıda, 39,3 km dərinlikdə qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.