Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.
"Unikal" xəbər verir ki, 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.
İlk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb. 1 nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.