Moskvanın Vnukovo hava limanı təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. 

“Hava limanından asılı olmayan səbəblərə görə səhər saat 9:40-dan etibarən Vnukovoda təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Təhlükəsizliyə görə uçuşların bir hissəsi Moskva Aviasiya Qovşağının digər hava limanlarına yönləndirilib”, - məlumatda deyilir.

Nuranə Abbasova