"Vəziyyətə uyğun olaraq anti-terror əməliyyatı istənilən zaman başlaya bilər. Bu əməliyyat üçün məqam yetişməyib. Ermənistan silahlı qüvvələri törətdikləri təxribatların layiqli cavabını alırlar".

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, anti-terror əməliyyatı ilə bağlı bəlli məqamda qərar veriləcək:

"Bildiyiniz kimi, həmin ərazilərdə Rusiya sülhməramlıları məsuliyyət daşıyırlar. Onlar 2020-ci ildə üzərlərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyiblər. Bu baxımdan, anti-terror əməliyyatı bizim doğal haqqımızdır və istənilən an keçirə bilərik. Nə zaman olacağını isə vəziyyətə uyğun olaraq konkret demək olar. Təxribatların baş verməsinə rəğmən demək istərdim ki, anti-terror əməliyyatı yaxın vaxtlarda da ola bilər. Belə ki, Ermənitan silahlı qüvvələri mövqelərimizi atəşə tuturlar".

Ekspert qeyd edib ki, istənilən halda Azərbaycan vəziyyətə nəzarət edir: "Lazım olacağı təqdirdə dərhal qərar veriləcək. Çünki Ordumuz tapşırıqları yerinə yetirmək üçün 24 saat hazır vəziyyətdədir".

Anar Kəlbiyev