Çin iqtisadi problemlərinə görə saatlı bombadır.
"Unikal" RBC-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemlə üzləşəndə pis işlər görürlər”, - Amerika lideri bildirib.
Bayden qeyd edib ki, Çinin iqtisadi inkişafı yavaşlayıb, pensiya yaşına çatmış insanların sayı əmək qabiliyyətli yaşda olanların sayından çoxdur.