“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

"Unikal" xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.