Füzuli şəhərinə ailələrin birinci köçü avqust ayının 18-də baş tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, ailələr Füzuli şəhərinə mərhələli şəkildə köçəcəklər. Ümumilikdə ilkin mərhələdə 144 ailə köçürüləcək. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.