Qadağalara məhəl qoymayan 4 nəfər dənizin təhlükəli ərazisində çimərkən boğulub.

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, sərinləmək üçün dənizə girən qohumlar bir anda dalğaların arasında gözdən itiblər.

Bədbəxt hadisə ötən gün günün ikinci yarısında paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Şahidlərin sözlərinə görə, 4 dost olan həmin şəxslər əvvəlcə qanuni çimərlik sahəsində olublar. Onlar daha sonra üzərək, dənizin qadağan edilmiş sahəsinə keçiblər.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin ikisinin meyiti hadisəndən bir neçə saat sonra, dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Adı çəkilən qurumun mətbuat xidmətinin rəisi Aqşin Əlili deyir ki, hadisə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi baş verib.
Qeyd edək ki, bu il ərzində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarətində olan çimərlik sahələrindən 156 nəfər xilas edilib.