Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2 sərhədçiyə general-mayor rütbəsi verilib. Onlar Babək Ələkbərov və Zaur Zeynalovdur. Bununla da DSX-də generalların sayı 35-ə çatıb.
"Unikal" DSX generallarının siyahısını təqdim edir:
1) General-polkovnik Elçin Quliyev - DSX-nin rəisi
2) General-leytenant Rəşad Sadiqov - DSX rəisinin birinci müavini – Baş Qərargah rəisi
3) General-leytenant İlham Mehdiyev - DSX rəisinin müavini, Vətən Müharibəsi Qəhrəmanı
4) General-leytenant Firuz Şirinzadə - DSX rəisinin müavini
5) General-leytenant Əfqan Nağıyev - DSX rəisinin müavini
6) General-leytenant Abbas Xəlilov - DSX rəisinin müavini
7) General-leytenant Araz Məmmədov - DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı
8) General-leytenant Əsgər Xəlilov - DSX rəisinin müşaviri
9) General-leytenant Elçin İbrahimov - DSX-nin Aparat rəhbəri
10) General-leytenant Ehram Hacıyev - Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı
11) General-leytenant İsmayıl Əkbərov - DSX rəisinin sabiq müavini
12) General-leytenant Azad Ələkbərov - DSX rəisinin sabiq müavini
13) General-leytenant Fərhad Tağızadə - DSX rəisinin sabiq müavini
14) General-leytenant Niyaməddin Tağıyev - DSX-nin idarə rəisi
15) General-leytenant Rəsul Tağıyev - DSX rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini
16) General-leytenant Müzəffər Pirizadə - DSX Sahil Mühafizəsinin rəisi
17) General-leytenant Asif Cəbrayılov - DSX rəisinin əməliyyat-axtarış işi üzrə sabiq müavini-Baş Əməliyyat-Axtarış İdarəsinin rəisi
18) General-leytenant Cavid Abdullayev - DSX-nin Maddi-Texniki Təminat Baş idarəsinin rəisi
19) General-leytenant Elşən Verdiyev - DSX-nin Akademiyasının sabiq rəisi
20) General-mayor Babək Qurbanov - Vətən Müharibəsi Qəhrəmanı
21) General-mayor Ramin Bağırov - Vətən müharibəsinin komandanlarından biri
22) General-mayor Ayaz Hüseynov - DSX-nin Kadrlar şöbəsinin sabiq rəisi
23) General-mayor Faiq Məmmədov
24) Kontr-admiral (ekvivalent rütbə general-mayor) Ziyad Ağayev
25) Kontr-admiral (ekvivalent rütbə general-mayor) Abbas Qiyasov
26) General-mayor Azər İbrahimov - DSX-nin Akademiyasının rəisi
27) General-mayor Aqşin Məhərrəmov - Vətən müharibəsinin komandanlarından biri
28) General-mayor Vüsal Sultanov - Vətən Müharibəsi Qəhrəmanı
29) General-mayor Azad Abdullayev
30) General-mayor Aqil Babayev
31) General-mayor Natiq Abuzərli
32) General-mayor Misir Əliyev
33) General-mayor Zaur Niftullayev
34) General-mayor Zaur Zeynalov
35) General-mayor Babək Ələkbərov - DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı
Xatırladaq ki, avqustun 18-də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramıdır. Belə ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür.
Hazırladı: Murad İbrahimli