1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına hospitalizasiya edilən körpənin müalicələri tam yekunlaşıb.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, son olaraq bütün müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb. Hətta onun çəkisi də (3,6 kq) kifayət qədər normallaşıb.
Müalicələri yekunlaşan balaca 1 saylı Körpələr Evinə təhvil verilib.
Qeyd edək ki, körpə məişət tullantıları qutusundan tapılıb.