Merilend sakini lotereyada iştirak etmək qərarına gəlib və ilk cəhddə 40 044 dollar udub.

"Unikal" UPI-yə istinadən xəbər verir ki, 22 yaşlı oğlan mütəmadi lotereya oynayan dostundan oyunun gedişatını öyrənib. Təsadüfi rəqəmlər seçən oğlan oyunu qazandığını görüb.  O, biletini skan edib nə qədər udduğunu görəndə şoka düşüb (40 044 dollar). 

Qalibin sözlərinə görə, qazanılan pul ona tələbə kreditlərini ödəməyə və iş tapmaqla bağlı digər xərcləri ödəməyə kömək edəcək.