Türkiyə alimləri ilk insanlı kosmos missiyasında həyata keçiriləcək təcrübə ilə kosmos şəraitində bitkilərə genetik müdaxilə edəcək.

"Unikal" xəbər verir ki, kosmos səyahətində kosmos səyyahı universitetlər və tədqiqat qurumları 13 fərqli təcrübə həyata keçirəcək.

Təcrübələrdən biri “Mikroqravitasiya altında bitkilərdə CRİSPR gen redaktəsinin effektivliyinin araşdırılması”dır. Layihənin məqsədi molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRİSPR texnikasının mikroqravitasiya mühitində bitkilər üzərində effektivliyini araşdırmaq, kosmosda gen transferi və genetik manipulyasiyanın həyata keçirilə biləcəyini yoxlamaqdır.

2023-cü ilin mart ayında laboratoriya araşdırmalarına başlayan layihənin növbəti mərhələsində ilk dəfə türk kosmos səyahətçisi ilə cazibə qüvvəsi olmayan mühitdə təcrübələr aparılacaq.

Layihənin koordinatoru və Yıldız Texniki Universiteti Elmi Ədəbiyyat fakültəsi Molekulyar Biologiya və Genetika kafedrasının tələbəsi Tuğçe Celayir sözügedən mövzu ilə bağlı deyib: "Bu araşdırmadan sonra gələcəkdə qida mənbəyi ola biləcək bitkilər süni ekosistem yaradılması və bu ekosistem daxilində oksigen mənbəyi təmin etmək üçün istifadə edilə bilər".

  Türkiyənin ilk insanlı kosmik missiyasının 2023-cü ilin sonunda baş tutması planlaşdırılır.