Bir qrup erməni Qırmızı Xaç Cəmiyyətinin Ermənistandakı ofisini mühasirəyə alıb.

"Unikal" xəbər verir ki, Qırmızı Xaç Komitəsinin İrəvandakı ofisinə bütün giriş və çıxışlar etirazçılar tərəfindən bağlanıb.

Qeyd olunur ki, nümayişçilər mərhum Helen Dadayanın cənazəsinin ailəsinin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə çatdırılmasını tələb edirlər.

Xatırladaq ki, İrəvan-Gümrü yolunda baş verən avtomobil qəzası nəticəsində 11 nəfər ölüb, onlardan biri Helen Artsaxdan olub.