İndoneziyada asma körpü qırılıb, insanlar xəsarət alıblar.

"Unikal" xəbər verir ki, məlumata görə, ölkənin Müstəqillik Gününü səs-küylü qeyd edən indoneziyalılar polisə qulaq asmayıblar.

Təhlükəsizlik qüvvələri insanlara körpüdə sıxlığın çox təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Lakin şənliyə qapılan insanlar körpüdə qələbəlik yaradıblar. Nəticədə körpü qırılıb, onlarla insan suya düşüb, onlardan 32-si yaralanıb, əksəriyyətində ciddi sınıqlar var.