Rusiyanın Tümen vilayətində hovuzda xlor buxarı ilə kütləvi zəhərlənmə baş verib.

"Unikal" xəbər verir ki,bu barədə Rospotrebnadzorun regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, insident Tümen istirahət mərkəzlərindən birində baş verib, orada valideynləri ilə birlikdə istirahət edən 13 uşaq zəhərlənib.

Rayon Prokurorluğundan verilən məlumata görə , 2012, 2015 və 2016-cı il təvəllüdlü üç nəfər xəstəxanaya yerləşdirilib.

Rospotrebnadzorun bölgə üzrə şöbəsi epidemioloji araşdırma aparır. Hadisə ilə bağlı prokurorluq da araşdırmalara başlayıb.