2023-cü ilin sonuna kimi ABŞ , Yaponiya və Cənubi Koreya real vaxt rejimində KXDR tərəfindən həyata keçirilən raket buraxılışları haqqında məlumat mübadiləsinə başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Yonhap agentliyi bu üç ölkənin bəyanatına istinadən xəbər verir.

Bəyanata görə, Vaşinqton, Tokio və Seul da Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Qeyd olunur ki, tərəflər nüvə silahının bir daha istifadə olunmaması üçün də səy göstərmək niyyətindədirlər.