Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum nəticəsində ölənlərin sayı 7-ə çatıb.

"Unikal" “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

O qeyd edib ki, hadisə zamanı ümumilikdə 90 nəfər yaralanıb. Onlardan 10-u polis, 12-si isə uşaqdır.

 

***

16:00

Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub.

"Unikal" UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi vilayət administrasiyasından bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qərb bölgələri istisna olmaqla ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.