Rusiyanın Xalq artisti, aktyor İqor Yasuloviç 81 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Böyük kədərlə bildiririk ki, görkəmli ustadımız, Rusiyanın xalq artisti İqor Nikolayeviç Yasuloviç bu gün vəfat edib", - məlumatda deyilir. 

Qeyd edək ki, o, iyulun ortalarında Moskva xəstəxanalarından birinə yerləşdirilmişdi. 

Ağarza Elçinoğlu