Rusiyanın kosmosa göndərdiyi "Luna-25" raketinin (AMS) göyərtəsində fövqəladə vəziyyət yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb. 

Qeyd olunub ki, nasazlıq müəyyən edilmiş parametrlərlə enişdən əvvəl orbitə keçidə mane olub: "Bu gün "Luna-25" AMS uçuş proqramına uyğun olaraq, Moskva vaxtı ilə saat 14:10-da stansiyanın enişdən əvvəl orbitə köçürülməsi üçün impuls verildi. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində fövqəladə vəziyyət yaranıb ki, bu da manevrin göstərilən parametrlərlə həyata keçirilməsinə imkan verməyib". 

Qeyd olunur ki, mərkəzi administrasiyanın mütəxəssisləri vəziyyəti təhlil edir. Hazırda problemin nədən qaynaqlandığını anlamağa çalışırlar və yeni fəaliyyət planı hazırlayırlar.

Ağarza Elçinoğlu