Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstan Baş naziri Viktor Orban Budapeştdə keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

"Unikal" Tass-a istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri Baxtiyar Saidov bildirib.

Eyni zamanda görüşdə Özbəkistan-Macarıstan çoxplanlı əməkdaşlığı, o cümlədən işgüzar və mədəni-humanitar əlaqələr müzakirə edilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti avqustun 19-da Macarıstana işgüzar səfər edib.