Rusiyanın Rostov vilayətinə kamikadze-dronlarla hücum olub.

"Unikal" xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubyev “Telegram”da paylaşım edib.

Bildirilib ki, Ukraynanın bu gün səhər saatlarında həyata keçirdiyi dronlarla hücumun qarşısı alınıb. Dronlardan ikisinin qalıqları Kamenskdə hərbi hissənin ərazisinə, biri isə Novoşaxtinskdən 1 km şimala düşüb.

Qeyd edək ki, dağıntı və tələfat olmayıb.