Türkiyə Silahlı Qüvvələri PKK-nın daha iki terrorçusunu məhv edib.

"Unikal" Türkiyə Milli Müdafiə Nazirliyinin "X"də yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında həyata keçirilib.

Belə ki, “Barış pınarı” (“Barış bulağı”) bölgəsinə hücum etməyə hazırlaşan iki terrorçu zərərsizləşdirilib.