Ukrayna prezidenti Volodimir Zelenski İsveçlə birlikdə CV90 zirehli döyüş maşınları istehsal edəcəklərini bildirib.

"Unikal" xəbər verir ki, Zelenski bir neçə görüş üçün getdiyi paytaxt Stokholmda İsveçin baş naziri Ulf Kristersson ilə görüşüb.

Təşkil edilən ortaq mətbuat konfransında Ukrayna prezidenti İsveçlə bağladıqları hərbi müqaviləyə diqqət çəkərək deyib: "İsveçlə birlikdə CV90 zirehli döyüş maşınları istehsal edəcəyik. Ukraynada istehsal olunacaq CV90 zirehli maşınlarını ən qısa zamanda bazara çıxarmağa çalışacağıq".

İsveç baş naziri U.Kristersson da indiyə qədər Ukraynaya 2 milyon 200 min avroluq hərbi müdafiə yardımı göndərdiklərini və Ukraynaya verilən hərbi dəstəyin son dilimi olaraq “Leopard” tanklarını da çatdırdıqlarını bildirib: “CV90 zirehli döyüş maşınını Ukraynaya veriləcək... Ukraynada avtomobillərin istehsalı və baxımı üçün müqavilə imzaladıq”.