Xilasedicilər Maui adasında yanğınlardan sonra itkin düşən 1000-dən çox insanı hələ də axtarırlar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Havay adalarının qubernatoru Coş Qrin yerli  mətbuata açıqlamasında deyib. 

Onun sözlərinə görə, axtarışlar daha bir neçə həftə çəkəcək.

"1000-dən çox itkin düşüb, təxminən 1050. Onların tapılması daha bir neçə həftə çəkəcək. Təsirə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları yoxlayırıq, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur. Qalan 15% isə həftələr çəkə bilər", - deyə o, bildirib.  

Qeyd edək ki, Mauidəki meşə yanğını avqustun 9-da başlayıb, yanğın sürətlə güclü külək nəticəsində tamamilə yanmış turistik Lahaina şəhərinə keçib. Bundan əvvəl Havay adalarında baş verən yanğınlarda ölənlərin sayının 101 nəfərə yüksəldiyi bildirilirib. 

Gülayə Mecid