Moskvanın Mixalkovskaya küçəsində yerləşən “Sberbank”ın ziyarətçiləri və əməkdaşları partlayış təhlükəsi səbəbindən binadan çıxarılıb.

“Unikal” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Naməlum şəxs Moskvanın Mixalkovskaya küçəsindəki yaşayış binasında yerləşən "Sberbank"ın binasına bomba qoyulması barədə məlumat verib. Hazırda bankın ziyarətçiləri və əməkdaşları təxliyə edilib", - məlumtda deyilir. 

Hüquq-mühafizə orqanları hadisə yerindədir.

Nuranə Abbasova