Xəbər verdiyimiz kimi, avqustun 22-də Belçika Krallığının Xarici İşlər, Avropa İşləri və Xarici Ticarət, Federal Mədəniyyət İnstitutları naziri Hadja Lahbib Ermənistana rəsmi səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Haca Lahbib Ermənistandan sonra Bakıya da səfər edəcək.

Onun xarici işlər naziri Ceyhun Bayramovla görüşü planlaşdırılır. 

***16:20

Belçika Krallığının xarici işlər naziri Hadja Lahbib sabah Ermənistana səfər edəcək. 

“Unikal” erməni mediasına istinadən xəbər verir ki, Ermənistan və Belçikanın xarici işlər nazirləri görüşəcəklər. Onlar daha sonra birgə mətbuat konfransı keçirəcəklər. 

Səfər çərçivəsində Belçika xarici işlər nazirinin Ermənistanın baş naziri və Ermənistan parlamentinin sədri ilə görüşləri də olacaq.

Nuranə Abbasova