ABŞ-nin Kaliforniya əyalətinin cənubunda "Hilari" qasırğası daşqınlarla nəticələnən şiddətli yağışlara səbəb olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ABŞ-nin xüsusən San-Dieqo aeroportunda və Nevada ştatındakı Harri Rida aeroportunda mindən çox aviareysin ləğv edilməsinə səbəb olub. Təxminən 5 min reysdə isə gecikmələr olub.

Meksikanın Santa-Rosaliya şəhərində isə ən azı bir nəfər təbii fəlakətin qurbanı olub. O avtomobilin su axınına çevrilməsi nəticəsində həlak olub.

Qasırğa nəticəsində ölkənin bir çox hissəsində elektrik naqilləri kəsilib, ağaclar aşıb.

ABŞ-nin Kaliforniya və Nevada ştatlarında qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.