Fransada ötən ay baş verən iğtişaşlar zamanı zərər görmüş 40-a yaxın məktəb sentyabrın 4-ü yeni tədris ilində fəaliyyətini bərpa bilməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə RTL radiosu məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Binaların bərpasındakı gecikmələr ciddi zərər və sığorta ödənişlərinin hesablanması ilə bağlıdır.

Yeni dərs ilinə başqa məktəblərdə başlamaq məcburiyyətində qalacaq uşaqların dəqiq sayı bilinmir.