ABŞ-nin Dövlət Departamenti öz vətəndaşlarını Belarusu “dərhal tərk etməyə” çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Minskdəki səfirliyi press-reliz dərc edib.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Litva və Latviya ilə qalan sərhəd məntəqələrindən və ya təyyarə ilə çıxmağı gözdən keçirin. ABŞ vətəndaşlarının Belarus üzərindən quru yolu ilə Polşaya daxil olmasına icazə verilmir”, - sənəddə diqqətə çatdırılıb.