Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə regionun qubernatoru Vasili Qolubev teleqramda bildirib.

Qeyd olunub ki, Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması sonucunda dördü uşaq olmaqla 8 nəfər ölüb.