Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində Menqal qəbiləsinə aid qruplaşmalar arasında son bir həftə ərzində baş verən atışmalarda ən azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Unikal” “Dawn” nəşrinə istinadən xəbər verir ki, toqquşmalar Vad şəhəri yaxınlığında qəbilə ağsaqqallarının daha əvvəl əldə etdiyi atəşkəs razılaşmasının pozulması nəticəsində baş verib. Atışmalarda minaatanlardan və qumbaraatanlardan istifadə edilib.

Vadda təhsil müəssisələri bağlanıb, nəqliyyat fəaliyyətini dayandırıb, bazar və mağazalar fəaliyyətini dayandırıb ki, bu da şəhərdə ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

Qeyd edək ki, Bəlucistan ərazisində 400-ə yaxın qəbilə qrupu yaşayır, onun daxilində müxtəlif klanların hakimiyyət və nüfuzu, habelə qonşu Əfqanıstandan qaçaqmalçılıq kanallarına nəzarət uğrunda mübarizə gedir.

Nuranə Abbasova